Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2014

Yəhudilər fələstinlilərdən üzr istədi

ABŞ-da yaşayan yəhudilər Nyu-Yorkda yerləşən BMT nümayəndəliyinin binası qarşısında etiraz aksiyası keçirib. İsrailin Qəzzaya hücumlarını qınayan yəhudilər İsraili bu əməlindən əl çəkməyə çağırıb.

Nümayişçilər BMT binasının qarşısında şamlar yandıraraq Qəzzada ölən fələstinliləri yad ediblər. Onların ruhuna ibrani, ingilis və ərəb dillərində dualar oxuyublar. Aksiya zamanı yüksək səslə Fatihə və İxlas surələri səsləndirilib.

Aksiyalarda iştirak edən yəhudilər İsrail ordusunun Qəzzada törətdiklərinə görə, fələstinlilərdən üzr istəyiblər. Nümayişçilər “Təəssüf edirik”, “İşğala son”, “Üzr istəyirik” kimi sözlər yazılmış plakatlar əllərində tutublar.

Qeyd edək ki, İsrail ordusunun Qəzza sektorunda keçirdiyi 28 günlük hərbi əməliyyatları nəticəsində 2 minə yaxın fələstinli ölüb./ans/
1110 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP