Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2014

“Az qalır özün xahiş edəsən ki, məni də həbs edin”

Tanınmış hüquqşünas Aslan İsmayılov son günlər onu haqsız yerə, qərəzli şəkildə ittiham edərək tənqid hədəfinə çevirmiş qüvvələrə növbəti mesajını yollayıb

“Həqiqətən dəhşətli zəmanədə yaşayırıq. Bir tərəfdən gözləyirsən ki, gördüklərini dilə gətirdiyinə görə nə vaxt, hansı böhtanla tutacaqlar, ya öldürəcəklər, digər tərəfdən isə aktiv siyasi mövqeyi olanların, ancaq həqiqəti dediyinə, maarifçiliklə məşğul olduğuna görə həbsdə olduğu bir vaxtda özünün azadlıqda olduğundan az qala xəcalət çəkirsən.

Ən acınacaqlısı isə odur ki, “müqəddəs analar”, “müqəddəs atalar” onların müqəddəsliyini qəbul etmədiyimə, öz fikrimi söylədiyimə, onların “kruq”unda olmadığıma görə “hakimiyyətə işləyir deyə həbsdə deyil” fikrini tirajladıqlarından az qalırsan özün xahiş edəsən ki, məni də həbs edin” - deyə A.İsmayılov öz facebook səhifəsində yazıb.

Qeyd edək ki, A.İsmayılov son günlər bir çox ictimai fəallar tərəfindən hədəf alınıb. Hüquq müdafiəçiləri Leyla Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov və digərlərinin vergidən yayınmada və sair qanun pozuntularında ittiham edilməsi fonunda A.İsmayılov tənqid olunur.
1407 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı