Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2014

Xocavənd erməni işğalı altında, başçısı da pul silməyində...

Xocavəndin adına yazılan və talanan pullar...

Xocavənddən daxil olan məlumata görə rayon icra başçısı Eyvaz Hüseynov Kənd Təsərrüfatı naziri Heydər Əsədovla qarşı-qarşıya gəlib. Belə ki, Kənd Təsərrüfatı naziri bir çox rayonlarda taxıl əkilməsi üçün dövlət tərəfindən verilən subsidiya yardımının araşdırılmasına göstəriş verib. Bu rayonlardan biridə Xocavənddir. Məlumata əsasən Xocavən rayonunda 6280 hektar torpaq sahəsi subsidiya yardımına yazdırılıb. Bildirilir ki, sənədlərdə qeyd olunan 6280 hektar torpaq sahəsinin təxminən 4 min hektara yaxını rayon icra başçısı Eyvaz Hüseynov və onun müavini, aqrar məsələlər üzrə şöbənin müdiri Rafael Mustafayev tərəfindən saxta sənədlər əsasında subsidiya yardımı siyahısına salınıb. Məlumatda qeyd olunur ki, artıq uzun illərdir ki, Eyvaz Hüseynov 4 min hektar torpaq sahəsinə subsidiya yazıdırır və hər il bu yolla adı altında dövlət büdcəsindən yüz min manatlarla vəsaiti mənimsədiyi bildirilir. Bu barədə məlumatlı mənbə iddia edir ki, Kənd Təsərrüfatı naziri Heydər Əsədov Xocavənd rayonuna buğda məhsullarının əkini və biçini üçün ayrılmış 500 min manat, həmçinin bu torpaqlarda məhsuldarlığı artırmaq üçün dövlət tərəfindən verilən yarı qiymətinə azot gübrələrinin istifadəsinin araşdırılmasına göstəriş verib. Bu isə icra başçısı Eyvaz Hüseynovu və müavinini çətin vəziyyətə salıb. Məlumatda qeyd olunur ki, Eyvaz Hüseynov müavini ilə əlbir olaraq 4 min hektar torpaq sahəsinə verilən 700 tona yaxın azot gübrəsini müxtəlif şəxslərin əli ilə Beyləqan, Ağcabədi və İmişli bazarlarına satdırıb. Məlumata əsasən aqrar məsələlər üzrə şöbənin müdiri Rafael Musatafayev hər dəfə subsidiya yardımı verilən zaman gecələr bankdan saatlarla pul çıxartmaq işinə nəzarət edir. Bankdan subsidiya yardımının çıxartması işini isə Rafael Musatafayevin oğlu, qaynı və sürücüsünün həyata keçirdiyi iddia olunur.Hazırda isə Eyvaz Hüseynov və Rafael Musatafayev cütlüyünün büdcədən 160 min manat yanacaq pulunu «silməyə» hazırlaşdıqları bildirilir. Lakin Heydər Əsədovun Xocavəndə ayrılan subsidiya yardımlarının yoxlanılması ilə bağlı verdiyi göstəriş Eyvaz Hüseynovu ciddi narahat etməyə başlayıb. İcra başçısını narahat edən məsələ isə nazirin uzun illər büdcədən mənimsənilən subsidiyi pulları ilə bağlı prezidenti məlumatlandırması və bu məsələ ilə bağlı araşdırma aparmaq üçün Baş Prokururluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etmə ehtimalıdır. Daxil olan məlumatda o da qeyd olunur ki, Eyvaz Hüseynov yaranmış vəziyətlə bağlı nazir Heydər Əsədovla münasibət qurmağa cəhd edir. İcra başçının bu cəhdinin nə qədər uğurlu ola biləcəyini isə zaman göstərəcək./bolgexeber/
1084 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber