Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2014

“Şikayət etdiyimə görə adımı “dəli” qoyublar”

Hacıqabul rayon sakini, ikinci qrup 20 yanvar əlili Dəmirov Yalçın Səməd oğlu evinin qəzalı vəziyyətdə olduğunu bildirir. O, yazır ki, 4 nəfər üzvü olan ailəsinin həyatı təhlükədədir. 

Y.Dəmirov Hacıqabulun Qızılburun kəndində uçuq daxmada yaşayır: "23 ildir əliləm, bu müddətdə dövlətin heç bir qayğısını və güzəştini görmədim. Ailəliyəm, iki övladım var, yaşanılası mümkün olmayan daxmada yaşayıram. Xahiş edirəm, ailəmi ölümdən xilas etsinlər. Bu günlərdə evimizə ilan girmişdi. Hamımız qorxu içindəyik".


Y.Dəmirov bildirir ki, ailəsinin həyatını təhlükədən qorumaq üçün yerli icra hakimiyyətinə, Prezident Administrasiyasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib: "Mən əlil olaraq güzəşt və imtiyazlardan kənarda qalmışam, hüquqlarım tanınmır. Mərkəzi icra hakimiyyəti qurumlarına müraciət etdiyimə görə yerli icra hakimiyyəti mənə təzyiq göstərir. Hacıqabulun icra başçısı məni həbs etməklə hədələyir. Qəzetiniz vasitəsi ilə dövlət başçısına müraciət edərək xahiş edirəm, uğrunda əlil olduğum ölkənin vətəndaşlığından məni çıxartsın. Bu ölkədə yaşamağa imkan vermirlər".

Y.Dəmirov bildirir ki, yerli məmurlardan dəfələrlə şikayət etdiyinə görə adını "dəli" qoyublar: "Hara müraciət edirəm, müraciətimi yerli icra hakimiyyətinə göndərirlər ki, tədbir görsünlər. Amma yerli icra hakimiyyəti cavab yazır ki, guya mən dəliyəm, psixoloji problemim var. Mənə şər, böhtan atırlar"./bizimyol/
902 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
<