Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2014

Putinin şəkli olan köynəklər satılır

Rusiyanın paytaxtı Moskvada üzərinə prezident Vladimir Putinin fotoşəkilləri həkk olunan köynəklər satışa çıxarılıb.

On beş müxtəlif dizaynda təqdim olunan köynəklər çoxlu sayda alıcı cəlb edib. İnsanlar köynəkəri əldə etmək üçün mağazaların qarşısında növbəyə düzülüblər. Anna Trifonova və İvan Yerşovaya aid kolleksiya Rusiyanın dünya siyasi arenasındakı uğurlarına həsr olunub.

Alıcılar arasında amerikalı kinoaktyor Mikki Rurk da olub. Aktyor bildirib ki, köynək xoşuna gəldiyi üçün onu almaq istəyir.

Satışa çıxarılan ilk gündə 5 mindən çox köynək satılıb.
1010 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21