Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2013

Şirvanda sahibkarlar ayağa qalxdı – (Fotolar)

Şirvan şəhərində fəaliyyət göstərən "Şirvan" ticarət mərkəzində sahibkarlar etiraz aksiyası keçiriblər. Buna səbəb icarə haqlarının gözlənilmədən, kəskin şəkildə artırılmasıdır. 300-dən artıq sahibkar ticarət mərkəzinin həyətinə toplaşaraq etirazlarını bildirir.

Virtualaz.org bildirir ki, bu barədə musavat.com-un əməkdaşına məlumat verən mənbənin sözlərinə görə, əvvəllər ticarət mərkəzində yer haqqı müqavilələrdə kvadratmetrə 5 manat göstərildiyi halda, indi yarmarkanın rəhbərliyi onlardan 8 manat tələb edir. Üstəlik hər piştaxtaya görə 60 manat ödəyənlər indi 80 manat ödəməlidirlər.

Sahibkarların narazılığı elə bir həddə çatıb ki, hadisə yerinə Şirvan Şəhər İcra Hakimiyyətinin və Polis İdarəsinin məsul şəxsləri, digər işçiləri də gəliblər. Ancaq ticarət mərkəzinin rəhbəri Hacı Əvəzağa onların arasında yoxdur. O, sahibkarları, hakimiyyət adamlarını qarşı-qarşıya qoyaraq yoxa çıxıb.





1645 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi