Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2014

Lənkəranda oğurların qarşısını ala bilmirlər

Lənkəran rayon Liman şəhərinin Mais İbayev küçəsində bir müddətdir oğrular peyda olub.

Hər halda yerli sakinlərin demələrinə görə, son 3-4 ayda məhəllədə 5-6 oğurluq hadisəsi baş verib. İş o yerə çatıb ki, oğrular heç qaranlığın düşməsini belə gözləmir. Günorta saatlarında mal-qara oğurlanır, evlər qarət olunur.

Sakinlərdən Bəxtiyar Əhmədovun da bir ay əvvəl sağmal inəyi yoxa çıxıb: "Ayın 10-da inəyi gəzmişik, 11-12-də də gəzmişik. İyulun 14-də gedib polis şöbəsinə müraciət etmişik, ərizə vermişik. İndiyə qədər də inəyi gəzirik. Bundan əlavə məhəllədə 5 dəfə oğurluq hadisəsi olub. Ev yarıblar. İki ay bundan əvvəl iki baş mal oğurlayıblar".

Bəxtiyar Əhmədov

Bəxtiyar Əhmədov deyir ki, bu məhəllədə yaşayanlar mal-qara ilə dolanırlar. Başqa gəlir mənbələri yoxdur: "Bir dənə inəyimiz var idi. Səhər-axşam 7 litr süd sağırdıq, gündəlik onunla dolanırdıq. Üç uşaq atasıyam, sonuncu uşağı o südlə dolandırırdıq. İnəyin balası da qalıb orada, hər gün mələyir..."

Sakinlərdən Zamin Nəhmətov da inəyinin oğurlandığını deyir. O da Liman şəhər polis bölməsinə müraciət etdiyini qeyd edir. Bölmədən ona bildiriblər ki, inək 7 rayonda axtarışdadır.

Zamin Nəhmətov

"Polis bölməsinə müraciət etdik. Onlar bildirdilər ki, 7 rayona vermişik, axtarışdadır. Lənkəran Şəhər Polis Şöbəsinə də, rayon prokurorluğuna da müraciət etmişik. DİN-in qaynar xəttindən də istifadə eləmişik. Mən də, Bəxtiyar da müraciət etmişik. Qonşunun da heyvanı oğurlanıb. Maşının içini oğurladılar. Ondan bir müddət keçdi, qarnında balası olan inəyi apardılar. Bir müddət keçdi, bir evi yardılar. Bir müddət keçdi, bizim inəkləri apardılar. Oğruların da sayı artır, itkilərin də sayı artır" - deyir Z.Nəhmətov.

Sakin Mirxatun Əzizovanın isə evindən oğurluq ediblər. Deməsinə görə, işdə olarkən evinə giriblər və qiymətli nə varsa aparıblar: "İyulun 25-də işdən qayıtmışdım, gördüm evimə giriblər. Qızıllarımın hamısını aparıblar. Pəncərədən girmişdilər, gündüz saat 2-də. Qonşular da görməyib. Pulum, qızılım gedib. Özü də onları gizlətmişdim".

İnəyinin oğurlanacağından qorxan lənkəranlı...

Adının çəkilməsini istəməyən digər bir sakin isə deyir ki, qaranlıq çökməmiş evlərinə çəkilirlər. Məhəllədə dolaşan yad adamlardan qorxurlar: "Biz bilmirik onlar kimdir. Bu, Mais İbayev küçəsidir, şəhidin adı verilib. Maraqlanmalıdırlar məhəllə ilə. Yüz ev var. Şəxsən iki gecədir yata bilmirəm. Alışqan salırlar evimə. Bilmirəm kimdirlər..."

Liman şəhər icra nümayəndəsi Mehman Məmmədov sakinlərin bu barədə onlara müraciət etdiyini təsdiqləyir. Lakin sakinlərin iradlarını qəbul etmir.

Liman şəhər polis bölməsindən də "Azadlıq" radiosunun suallarına cavab olaraq şikayətlərlə əlaqədar axtarış və araşdırmaların getdiyini bildiriblər. Ancaq axtarışların nəticəsi ilə bağlı hər hansı açıqlama verilməyib.

1318 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:35
"Onun Çovdarova brilyant