Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2014

“Sovetski”də narazı ailənın evi xarabalığa çevrildi - (Fotolar)

Yasamal Rayon İcra Hakimiyyətinin işçiləri Bakının “Sovetski” adlanan ərazisində daha bir evi ailənin başına uçurublar.

Bu barədə aznews.az-a məlumatı evi uçurulan şəxs - Əbdül Qafarov 84/09-da yaşayan Yaqut Qafarova özü verib: “Bu gün ŞHhər İcra Hakimiyyətinin nümayəndələri evimin tavanı başımıza uçurublar. Qızımla evdə yatmışdıq. Birdən İcra Hakimiyyətinin nümayəndələri evimizə gələrək qapımızı döyüb mənzilə daxil oldular. Bildirdilər ki, niyə bu vaxtı yatmısınız. Sonra bizdən 15 kvadratlıq mənzilimin pulunu verib evdən çıxmağımı tələb etdilər. Mən isə bu məbləğlə heç zaman razılaşmayacağımı dedim. Daha sonra məni hədələdilər və bildirdilər ki, görərsən sənin başına nə oyun açarıq”.

Şikayətçi xanım vurğulayıb ki, daha sonra İcra Hakimiyyətinin fəhlələri evin ikici mərtəbəsində olan, başqasına məxsus evi sökməyə başlayıblar. Bu zaman şikayətçinin evinin tavanı uçub və mənzil yararsız vəziyyətə düşüb: “Evim xarabalığa çevrildi. Mən buna etiraz olaraq müvafiq qurumlara müraciət etdim. Bir az keçdikdən sonra Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov bir qrup nümayəndə ilə mənzilimə gələrək mənimlə söhbətləşdilər. Mənə ilk öncə mənzilinin təmir olunması təklifini etdilər və mən buna razılıq vermədim. Daha sonra 32 min manat pul təklif etdilər. Mən yenə də bununla heç zaman razılaşmayacağımı dedim. Axı mən 32 min manata harada mənzil ala bilərəm? Boş-boş danışırlar və özləri də bilirlər ki, bu, mümkün deyil. Hazırda çox pis vəziyyətdəyik. Bizə təzyiq olunur. Xahiş edirik bizə kömək olunsun”.









 

1125 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber