Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2014

Qəzza əhalisi güclü iradə sərgilədi

Qəzzada 72 saatlıq atəşkəs davam etdiyi bir vaxtda, minlərlə insan Xan Yunis rayonunun küçələrində İsrailə qarşı kütləvi etiraz aksiyası keçirib.

Fələstinlilər bir araya gəlməklə, bu qədər dağıntılardan və itkilərdən sonra belə Müqavimətə dəstək olduqlarını göstərib. Qahirədə daha uzunmüddətli sülh üçün gedən qeyri-rəsmi danışıqlarda HƏMAS Qəzzanın İsrail-Misir tərəfindən blokadasına son qoyulmasını istəyir, İsrail tərəfinin tələbi isə HƏMAS-ın tam tərksilah olunmasıdır.

“Müqavimət hərəkatının tələblərinə uyğun olmayan şərtləri qəbul etmirik, xalqın azadlığını təmin etməyən, mühasirəyə son qoymayan, insanların ləyaqətli yaşayışını sağlamayan heç bir razılaşmanı qəbul etməyəcəyik” - deyə HƏMAS rəsmisi Yəhya Musa bildirib.
907 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25