Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2014

350 milyon adam depressiyadan əziyyət çəkir

Depressiyadan əziyyət çəkdiyi bildirilən və özünü öldürdüyü güman olunan məşhur komik Hollivud aktyoru Robin Uilyamsın ölümündən sonra depressiyaya diqqət artıb.

Ümumdünya Səhiyyə təşkilatının məlumatına görə, dünyada 350 milyon adam depressiyadan əziyyət çəkir.
Ekspertlərin fikrincə, var-dövlətə, məşhurluğa baxmayaraq aktyorlar depressiyaya daha çox məruz qala bilərlər.

Bundan başqa spirtli içkilərə və narkotik maddələrə aludə olanlar arasında 30 faizdən 50 faizə kimi insan depressiya ilə üzləşir. Robin Uilyams ömür boyu bu iki bəla ilə mübarizə aparıb.

Qeyd edək ki, 63 yaşlı Robin Uilyams dünən öz evində ölü tapılıb. O son vaxtlar kəskin depressiya keçirirdi.
970 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:23