Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2013

İsmayıllı hadisələrinin məhkəməsi başlayır

Bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələrinə görə təqsirləndirilən 18 nəfərin, həmçinin, Müsavat başqanının müavini Tofiq Yaqublu və ReAl Hərəkatının sədri İlqar Məmmədovun məhkəməsi başlayır.

Lent.az-ın məlumatına görə, hakim Rəşid Hüseynovun sədrlik edəcəyi məhkəmə prosesi saat 14:00-da başlayacaq.

Qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri, İlqar Məmmədova Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.
1972 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber