Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2014

«Bizi sındıra bilməzsiniz!»

Leyla Yunus həbsxanadan da hakimiyyətə meydan oxuyur

Hazırda Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında saxlanılan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun səhhətində problemlər yaranıb. Bu barədə “Azadlıq” radiosuna hüquq müdafəçisinin yaxınları məlumat verib.

“Bizə zəng etmişdi, ağrılarının artdığını dedi. Çünki onun üçün dietik yemək və dərman apara bilmirik. Müstəntiqə məktub yazmışıq, hələ ki, cavab yoxdur”, - deyə məlumatda bildirilir.

***

Bu arada, Leyla Yunus təcridxanadan yazdığı məktubunda da sağlıq durumundakı problemlərdən bəhs edir:

“Orqanizmim gözlədiyimdən də zəif çıxdı, köhnə yaralar yenilənib, kəskin ağrılar ortaya çıxıb. Mən çalışıram ki, Arifin yaşadığı fiziki çətinliklər barədə düşünməyim. Sizlər - Ləmbəranskilər, Paşayevlər, Əhmədovlar, Usubovlar, Qasımovlar, Qaralovlar bizim fiziki əzablarımızın sağlığına tost qaldırıb, təmtəraqlı qonaqlıqlar təşkil edə bilərsiniz”.

“Kamerama hava daxil olmur”

Hüquq müdafiəçisi həbs olunandan bəri dışarıdan onlara yemək gətirilmədiyinə də diqqət çəkir:

“Biz Ariflə yeməksiz qalmışıq. Kamerama hava daxil olmur. Kamera yoldaşlarım yaxşı başa düşürlər ki, bunların hamısı mənə görədir, lakin giley etmirlər”.

Hüquq müdafiəçisi məktubunda onu həbs etdirən və edənlərə də üz tutub:

“Bu, Pirr qələbəsidir”

“Yaşlı cütlük Leyla və Arifin üzərində qazandığınız qələbə münasibəti ilə sizi təbrik edirəm...

Sözsüz ki, bu, sizin üçün böyük bir döyüş idi. Mən məhkəmə salonunda müstəntiq İbrahim Ləmbəranskinin danışığını eşitdim. O, çox xoşbəxt idi və qışqıraraq deyirdi: “Nə oldu, qonaqlığı axşam verirsiz?”

Siz bizim sözlərimizə dözə bilmədiniz. Siz qəddar zorakılıq tətbiq etdiniz.

Ancaq bu, Pirr qələbəsidir (astarı üzündən baha olan qələbə nəzərdə tutulur - red.). Hərçənd, Pirr qələbəsinin nə olduğunu siz hardan biləsiniz?

Siz bizim İnamımızı heç vaxt qıra bilməzsiniz... Biz bir yerdə 36 il yaşamışıq və... ölsək belə, bir yerdəyik!".
1065 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı