Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2014

Ölkəni ağuşuna alan qətl və intiharlar

Yoxsulluq, ədalətsizlik, sosial psixiatriyanın yoxluğu hər gün qanlı faciələrə səbəb olur

«İşsizlik, fahişəlik, narkomaniya Azərbaycanda kifayət qədər yüksəkdir»
Hər 40 saniyədən bir dünyada kimsə həyatına son qoyur. İl ərzində intihar nəticəsində 1.2 milyon adam dünyasını dəyişir. Özünəqəsdlərin sayı ilbəil artır. Dünya əhalisinin ölüm səbəblərində intihar üçüncü yerdədir...

Mətbuatda yer alan rəsmi mənbələrin məlumatına görə 2014-cü ilin ilk dörd ayı ərzində Azərbaycanda 122 nəfər intihar etməklə dünyasını dəyişib. Onlardan 76 nəfəri kişi, 26-sı qadın olub. Yanvar-aprel aylarında 11 nəfər məktəbli və yeniyetmə, 8 hərbçi özünü öldürüb.

Dörd ay boyunca 98 nəfər canına qəsd etməyə cəhd göstərsə də, bu niyyətlərini reallaşdıra bilməyib.
828 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber