Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2013

Məhkəməsində QALMAQAL gözlənilir

Əhmədovanın bugünkü məhkəməsində QALMAQAL gözlənilir

Sevinc Babayevanın oğlu prosesdə ifadə verməyə gələcək. Bu gün saat 10.30-da Bakı Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə sabiq deputat Gülər Əhmədovanın məhkəməsi davam edəcək. Hakim Əlisultan Osmanovun sədrliyilə baxılan proses bu gün şahidlərin dindirilməsi ilə davam edəcək.

Prosesdə diqqətçəkən əsas şahid isə məlum mandat qalmaqalının əsas fiquru, ötən ilin 26 dekabrında dünyasını dəyişmiş Sevinc Babayevanın oğlu Ayxan Məmmədov olacaq. Bu barədə bizə açıqlamasında A.Məmmədov özü dedi. Onun sözlərinə görə, prosesdə bu günə qədər demədiyi bir çox həqiqətləri açıqlayaraq G. Əhmədovanı ifşa edəcək.

Əldə etdiyimiz məlumata görə, şahid qismində S.Babayevanın bacısı da məhkəməyə çağırılıb. Bu şəxs də İstanbulda bir neçə gün S.Babayevanın yanında qalıb və olaylarla bağlı xeyli məlumatlara malikdir.

Bu arada son prosesdə G. Əhmədova bəzi şahid ifadələrinin saxtalaşdırılmasına etiraz edərək istintaqı qeyri-obyektivlikdə suçlamışdı. İstintaqın Respublika Prokurorluğunun müstəntiqi Emzar Qocayev tərəfindən aparıldığını nəzərə alaraq, sözügedən ittihama onun münasibətini öyrənmək istədik. E.Qocayev əməkdaşımızın telefon zənglərinə cavab vermədiyi üçün biz də prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxladıq.

E. Sultanov G. Əhmədovanın ittihamları ilə bağlı sorğumuza cavab olaraq aşağıdakıları bildirdi: “Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən şəxs və ya onun qanuni nümayəndəsi tərəfindən məhkəməyə şikayət verilə bilər”. /musavat.com/
2170 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı