Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2014

Terrorçular ABŞ-ı kafir adlandırdı

İŞİD-in azəri terrorçularından çağırış: “Qarabağda kafirlərin tökdüyü qanlar...”

İŞİD azəri terrorçuları ABŞ-ın hücumlarına qarşı müraciət yayıb.

Sosial şəbəkələrdə Əbu Fulan əl-Mühacir adlı istifadəçi tərəfindən yayılan müraciətdə ABŞ-ın şər qüvvə olduğu deyilir.

“Ey müsəlmanlar, ABŞ həmin ölkədir ki, İraqda, Əfqanıstanda qanlar tökdü. ABŞ o ölkədir ki, Qarabağda kafirlərin tökdüyü qanlara haqq qazandırdı. İndi də xilafətə qarşı çıxır. Amma xilafət sona qədər vuruşacaq. ABŞ kafirlər ölkəsidir. Onlarla döyüşmək haqq işidir və Allahın bəyəndiyi cihaddır. Bütün müsəlmanlar kafirlərə qarşı birləşməlidir”, - deyə ingilis dilində yayılan müraciətdə bildirilir.

Azəri camaatı Azərbaycan, eləcə də bütün Qafqaz müsəlmanlarını birləşməyə, İŞİD cihadına dəstək olmağa çağırıb./publika/

P.S İŞİD terrorçularının nahaq yerə kəsdikləri başlar bəs necə oldu?! Sizinlə ABŞ arasında nə fərq var?
1077 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:18