Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2014

Azərbaycanda daha bir hərbçi ölümü

Bu gün səhər saatlarında Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə saat 08.00 radələrində Novxanı qəsəbəsinin “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.

“Mutsubishi-Pajero” ilə “Opel” markalı avtomobillərin toqquşması nəticəsində “Opel”in sürücüsü 1984-cü il təvəllüdlü, Abşeron rayon sakini Nicat Babazadə dünyasını dəyişib.

Faktı təsdiqləyən Abşeron rayon Polis Şöbəsindən o da qeyd olunub ki, Nicat Babazadə Daxili Qoşunların zabitidir./AzNews/
1012 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:10
<