Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2014

Şəkər xəstələrinə şad xəbər

İnsulini əvəzləyəcək super dərman hazırlanır

Hər gün bir neçə dəfə insulin iynəsi vurdurmaq məcburiyyətində qalan şəkər xəstələri rahat bir nəfəs alacaqlar. 2015-ci ildə bazara gətiriləcək olan sprey insulin, daha tez qana qarışıb bədəndən daha sürətli çıxacaq.

Dərman sənayesinin nəhəng şirkətlərindən Fransadakı “Sanofi” ilə ABŞ-dakı “MannKind” firması arasında imzalanan bir razılaşma dünyadakı milyonlarla şəkər xəstəsinin diqqətlərini özünə çəkib. İki şirkət tənəffüs yolu ilə alınan bir insulin dərmanını bazara çıxarmaq üçün bütün hazırlıqları tamamlayıb. Mütəxəssislər hər gün bir neçə dəfə insulin iynəsi vurdurtmaq məcburiyyətində qalan şəkər xəstələrinin Afrezza adlı dərman sayəsində rahat bir nəfəs ala biləcəyini söyləyirlər.

Tip 1 və Tip 2 diabet xəstələrinin istifadəsinə təqdim ediləcək Afrezza dərmanları kimi kiçik və daşınması asandır. Üstəlik bu yeni dərman insulin iynələrindən daha tez qana qarışır. İnsulin iynələrinin təsirini göstərməsi yarım saat, bəzən bir saat arasında bir müddət çəkirsə, Afrezza 15-20 dəqiqədə qana qarışır. Həkimlər dərmanın yeməkdən dərhal əvvəl, ya da yeməyə başlar- başlamaz qəbul edilməsində bir problem olmadığını bildirirlər. Qana sürətlə qarışan Afrezzanın bədəndən atılması da insulin iynələrindən daha sürətli olacaq. Enjeksiyon yolu ilə qəbul edilən insulin bədəndə ortalama 4 saat qalarkən, tənəffüs yolu ilə qəbul edilən bu dərman 2 elə 3 saat müddətində bədəndən çıxır.

Dərmanın 2015-ci ilin ilk aylarında ABŞ-da satışa çıxarılacağı gözlənilir./bizimyol/
1143 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:09