Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2014

“Sağ Sektor”: Dəhşətli itkilər vermişik

Avqustun 12-də axşam tərəfi Ukraynanın millətçi “Sağ Sektor” Partiyasının könüllülər taborunun döyüşçülərini daşıyan avtobus Donetsk şəhəri ətrafında etirazçıların hücumuna məruz qalıb.

Ukrayna saytlarının verdiyi məlumata görə, avtobusun atəşə tutulması nəticəsində 12 döyüşçü həlak olub. Yaralanan 13 döyüşçü isə etirazçılar tərəfindən əsir götürülüb.

“Sağ sektor”un lideri Dmitri Yaroş faktı təsdiqləyib. O, batalyonun hərbi qruplarından birinin hücuma məruz qaldığını bildirib: “Dəhşətli itkilər vermişik. Qisas alacağıq”.

Qeyd edək ki, hazırda Ukrayna ordusunun, Milli Qvardiyanın qüvvələri və könüllü batalyonlar Donetsk şəhərinin bilavasitə ətrafında mövqe tutub. Lakin hələlik şəhərin azad olunması üçün əməliyyat başlamayıb.
953 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17