Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2014

"Whatsapp"la bağlı bu xəbəri eşidənlər şoka düşdü

Whatsappda hər mesaja 0.01 avro ödəniş şoku!

Whatsapp rəhbərliyinin dəyişilməsi ilə birlikdə Facebookun 19 milyard dollar xərcləməsindən sonra, whatsappın ödənişli olacağını düşünənlər bundan istifadə etməyə başlayıblar. Belə ki, whatsappda təsadüfi istifadəçilərə mesajlar göndərilib.Mesajlarda whatsappın bazar günündən etibarən ödənişli olacağı və hər mesaj qarşılığında 0.01 avro ödəniləcəyi bildirilir. Bu mesajın ən azı 10 adama göndəriləcəyi təqdirdə whatsapp logosunun mavi rəng olacağı və ödənişsiz istifadə edilə biləcəyi qeyd edilir. Ancaq yayılan bu xəbər həqiqətə uyğun deyil. Whatsappın istifadəçilərdən ildə bir dəfə ödəniş götürdüyü doğrudur. Lakin hər mesaja görə ödəniş edilməsi xəbərləri yalandır. Bu səbəblə bu tip mesajlara heç bir şəkildə etibar edilməməsi lazımdır. Bu "Whatsapp" fırıldağı yeni deyil. Keçən il də buna bənzər bir formada bir çox Whatsapp istifadəçisinə mesajlar gəlirdi. Mesajda yenə Whatsappın ödənişli olacağı, ancaq bu mesajı dostlarınızla paylaşdığınızda logonuzun mavi olacağı və Whatsappdan ödənişsiz istifadə edilə biləcəyi bildirilirdi. Əlbəttə bu bir tələdir. Bu tip mesajlara inanan insanların sayəsində mesajlar qısa bir müddətdə yayıldı. Mesajlar o qədər geniş yayıldı ki, hətta Twitterdə ən çox müzakirə edilən mövzülar siyahısına da girdi.
1073 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:5