Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2014

Əfqanıstanda 80-dən çox terrorçu məhv edilib

Əfqanıstanın müxtəlif əyalətlərində aparılan hərbi əməliyyatlar nəticəsində son 24 saat ərzində 80-dən çox terrorçu məhv edilib.

“Sinxua” agentliyinİn verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyindən açıqlama verilib.

“Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin 11 əyalətdə apardığı təmizləmə əməliyyatları nəticəsində son 24 saatda 80-dən çox Taliban yaraqlısı məhv edilib, 69-u yaralanıb, 4-ü isə tutulub”, - deyə məlumatda bildirilir.

Hökumət qüvvələrinin itki verib-verməməsi barədə məlumat açıqlanmayıb.

Taliban qruplaşması isə itkilərlə bağlı məlumatlara hələlik münasibət bildirməyib.
923 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber