Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2013

Misirdə Məhəmməd Mursinin mühakiməsi başlayıb

Misirdə Məhəmməd Mursinin mühakiməsi zamanı ölkənin təhlükəsizlik qüvvələri hazır vəziyyətə gətirilib.

SalamNews-un Misir mətbuatına istinadla verdiyi xəbərə görə, Misirin kənarlaşdırılmış prezidenti Məhəmməd Mursi mühakimə edilmək üçün Qahirənin ən-Nəsr rayonunda polis akademiyası məhkəməsinə aparılıb. M.Mursinin bu bölgədə mühakimə edilməsinin əsas səbəbi mühakiməmə prosesinin təhlükəsizliyinin möhkəmləndirilməsi olub.

əl-Cəzirənin xəbərinə görə, təkcə Qahirədə 20 min təhlükəsizlik işçisi yerləşdirilib ki, bu amil şəhəri hərbi qərargaha çevrilməsinə səbəb olub.

Misirin müvəqqəti höküməti Məhəmməd Mursi və “Müsəlaman Qardaşlar”ın digər 14 üzvünü nümayişçilərin qətlində və həbsxanadan kütləvi qaçış əməliyyatlarını planlaşdırılmasında ittiham edirlər.
2040 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33