Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2014

Suriya və İraqda 900 təkfirçi fransız döyüşür

Bu barədə Fransanın dövlət naziri Bernard Cazoneuve məlumat vermişdir.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, o bildirib: Hazırda yüzlərlə iraqlı dini azlıq Fransadan sığınacaq istəyib.
France Info radiosuna müsahibə verən Cazoneuve deyib: 900 nəfər fransız cihadçı (terrorçu – red) Suriyada və böyük ehtimalla İraqda yerləşmişdir.
Hazırda İraq Şam İslam Dövlətinin (İŞİD) İraqdakı irəliləməsi nəticəsində yüzlərlə iraqlı dini azlıq Fransadan sığınacaq istəyib.
O, Fransanın İraqda baş verənlər qarşısında mövqeyi barədə deyib: Fransa iraqlı dini azlıqların bu ölkədə rahat həyat tərzlərini davam etdirməsi üçün humanist və diplomatik planları dəstəkləyir. Əgər biz İraqdakı bütün dini azlıqların ölkədən çıxmasına imkan yaratsaq, bu o deməkdir ki, İraq İŞİD-ə məxsusdur.
O əlavə edib: Əlbəttə biz əzab-əziyyətlə qarşılaşan şəxslərin Fransada məskunlaşmasına razıyıq.
953 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi