Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2014

İmam Hüseynin (ə) hərəmini “pampers bomba” ilə partlatmaq istədi!

Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, müqəddəs Kərbəla şəhərindən verilən xəbərdə bildirilir ki, İraq təhlükəsizlik qüvvələri şəhidlər ağası Həzrət İmam Hüseynin (ə) mübarək hərəminə qarşı intiharçı terror planının qarşısını almağa müvəffəq olublar.
Məlumata əsasən, intiharçı terrorçu bombanı uşaq əskisi kimi öz arxasına bağlayıbmış. O, İmam Hüseynin (ə) hərəminə girib orada terror törətmək istəyərkən, təhlükəsizlik qüvvələri tərəfindən deşifrə edilmiş və bomba zərərsizləşdirilmişdir.
İlkin istintaq zamanı terrorçunun etiraflarından məlum olub ki, o Səudiyyə Ərəbistanı vətəndaşı olan terrorçudur.
Silahlı terrorçu qruplaşmalar haqqında daha ətraflı məlumat toplamaq məqsədilə bu şəxsin istintaqı davam edir.


2550 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber