Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2014

Kəlbəcərdə girov düşənlərdən xəbər var

Ermənistan tərədindən girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun məktubu bu gün BQXK-nın Bərdə ofisinin nümayəndələri tərəfindən ailə üzvlərinə təqdim edilib.

Şahbaz Quliyevin bacısı İlhamə Quliyevanın sözlərinə görə, BQXK-nın Bərdə ofisindən bildiriblər ki, hələlik girovların şəkillərinin ailələrinə çatdırılması barədə danışıqlar gedir. Eyni zamanda Şahbaz Quliyevə çatdırılması üçün ailə üzvlərinin şəkilləri istənilib. BQXK-nın Bərdə ofisindən onu da bildiriblər ki, girovlarla bir də sentyabr ayında görüş təşkil ediləcək. Ailənin cavab məktubu da həmin vaxt girovlara çatdırılacaq.

Şahbaz Quliyevin məktubundan bir hissəni nəzərinizə çatdırırıq: "Salam bacılarım və qardaşlarım. Mənim vəziyyətim yaxşıdır. Hamıya məndən salam deyin. Nənəmə və Elzaya salam. Qardaşınız Şahbaz"./ans/




1093 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 11:29