Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2014

Mehdiabadda qardaşların evləri başlarına uçulduldu

Abşeron rayonunda iki qardaşın tikdirdiyi ev icra nümayəndələri tərəfindən sökülüb.

Hadisə Mehdiabad qəsəbəsində baş verib. Bu barədə Elgiz Əliyev adlı vətəndaş şikayət edib. Onun sözlərinə görə, Mehdiabad qəsəbəsində 3 sot pay torpaqları var. Həmin torpaqda ev tikdirmək istəyirlər.

Elgiz və Sabir Əliyev qardaşları işə də başlayıblar. Tikintinin ortasında Mehdiabad icra nümayəndəliyindən gəliblər ki, bu torpaq əkinçilik üçün nəzərdə tutulub. Burada tikinti aparmaq olmaz.

“Gəlib bir günə evi tar-mar elədilər. Dedilər ki, evin hər kvadratına 20 manatdan, ümumilikdə 3 min manat pul verin. Pul verməsəniz, evin tikintisinə icazə verilməyəcək. Pul verəndə əkinçilik üçün nəzərdə tutulan torpaqda ev tikmək olur. Amma pul verməyəndə olmaz?”, - deyə Elgiz Əliyev bildirib.

Elgiz Əliyevin sözlərinə görə, qəsəbə nümayəndəliyindən Mütalib Məmmədov adlı əməkdaş onlardan pul tələb edib. Əks təqdirdə tikintiyə icazə verilməyəcəyini bildirib.

Məsələ ilə əlaqədar qəsəbə nümayəndəliyilə əlaqə saxladıq. Mehdiabad qəsəbə nümayəndəliyinin memarlıq şöbəsinin rəisi Mütalib Məmmədovun verdiyi məlumata görə, həqiqətən də qardaşların ev tikintisi saxlanılıb. Onun sözlərinə görə, torpaq onlara əkin üçün verilib. Orada tikinti aparmaq üçün icazə yoxdur.

“Tikinti üçün rəy alınmalıdır. Rəy almaq üçün əraziyə baxış keçirilməlidir. Torpağın hər kvadratına görə dövlət rüsumu ödənilməlidir. Pul də banka ödənilir. Ancaq rüsum ödənilir. Onlardan kimsə artıq pul istəyibsə, bu artıq cinayətdir”, - deyə Mütalib Məmmədov bildirib./ans/
992 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:51