Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2014

Övladlarını canlı bomba olmaları üçün İŞİD-ə təslim etdi - Foto

Səudiyyə Ərəbistanından olan şəxsin görünməmiş vəhşiliyi eşidənləri şoka salıb. Belə ki, Naser əl-Şayeq adlı birisi 10 və 11 yaşlarında olan oğlanlarını  canlı bomba olmaları üçün İŞİD-ə təslim edib.

Məlum olub ki, Səudiyyə Ərəbistanından olan bu şəxs həyat yoldaşına  «uşaqlarla tətilə çıxıram» deyərək, övladlarını Türkiyəyə gətirib və «şəhid olmaları üçün» İŞİD terrorçularına təslim edib. Avropa mətbuatında yayılamn məlumatda bildirilir ki, ananın bu barədə  həyat yoldaşının İnstaqram hesabından paylaşdığı şəkildən sonra xəbəri olub.

Fotonun altında «Uşaqlarım Allah yolunda şəhid olmaq üçün yola  çıxtı» mesajını qoyan şəxsin məqsədinin  övladlarını canlı bomba  kimi hücumlarda istifadə etmək olduğu  bildirilir.

Artıq Səudiyyə hökuməti bununla əlaqədar hərəkətə keçib və Türkiyə hökumətindən uşaqların tapılması üçün yardım istəyib./FaktXəbər/

1035 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı