Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2013

Kamikadzelər polis məntəqəsinə hücum ediblər

İraqda terrorçu-kamikadzelər polis məntəqəsinə hücum ediblər
İraqın mərkəzi hissəsindəki Bakubə şəhərində bir qrup terrorçu-kamikadze polis məntəqəsinə hücum edib.

SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə Frans Press (France Press) agentliyi yerli həkim və xilasetmə xidmətinin məlumatını yayıb.

Məlumata əsasən, yerli vaxtla saat 20:00-da ardıcıl baş verən üç hücum nəticəsində ən azı üç polis əməkdaşı ölüb. Polis terrorçularla atışmaya başlayıb. Bu səbəbdən ölənlərin sayının artacağı ehtimal olunur.

Oktyabr ayı son beş il ərzində İraqda ən qanlı ay kimi yadda qalıb. Belə ki, ölkə hökumətinin məlumatında deyilir ki, ötən ay törədilən terror aktları və hücumlar nəticəsində 855 dinc sakin, 65 polis nəfəri və 44 hərbçi həlak olub. Ölkədə sonuncu dəfə bu sayda insan itkisi 2008-ci ilin aprelində müşahidə olunub. Həmin vaxt bir ay ərzində 1000-dən artıq insan həyatını itirib.
2007 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber