Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2014

Hökməlidə faciə - Sakinlər Bakı-Şamaxı yolunu bağlamaq istəyir (Foto)

Bakı-Şamaxı magistral yolunun Abşeron rayonun Höküməli kənd ərazisindən keçən hissəsində piyadanı maşın vurub.

Hadisə dünən gecə saat 12 radələrində baş verib. Belə ki, “Mersedes 190” markalı 10-SX-568 dövlət nömrə nişanlı avtomobil yoldan keçən kənd sakini vurub. Piyada ölümcül vəziyyətdə xəstəxanaya çatdırılıb.

Kənd sakinləri belə bir ölüm hadisəsinin ilk dəfə olmadığını bildiriblər. Onlar vurğulayıblar ki, Bakı-Şamaxı magistral yolunun kənd ərazi hissəsində işıqlandırma sisteminin olmaması belə bədbəxt hadisələrin tez-tez baş verməsinə gətirib çıxarır: “Gecə yol qaranlıq olur. Yolu keçmək istəyəndə isə çox təhlükəli vəziyyətlə üzləşirik. Biz müvafiq qurumlardan yolun işıqlandırması və yaxud müxtəlif yerlərdə keçidlərin salınmasını istəyirik. İndiyə kimi bu məsələylə bağlı aidiyyəti orqanlara dəfələrə müraciət edilib. Bir də mətbuat vasitəsi ilə onlara səslənirik: Adamlar bu yolda qırılıb gedir. Buranı işıqlandırın, ya da keçid tikin. Əgər bu müraciətimizə də baxılmasa, biz yolu bağlamaqla, bu problemlə bağlı daha yuxarı instansiyaları məlumatlandıracağıq”./aznyus/

924 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP