Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2014

Natiq Ədilovun qardaşı 3 aylıq həbs olundu

Nərimanov məhkəməsi AXCP mətbuat xidmətinin rəhbəri, tanınmış jurnalist Natiq Ədilovun qardaşı Murad Ədilov barəsində 3 ay həbs-qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb. Bu barədə azadliq.info-ya Murad Ədilovun vəklili Yalçın İmanov məlumat verib.

***

Vəkil Yalçın İmanov bu gün gunorta saatlarında müdafiə etdiyi Murad Ədilovla "Bandotdel"də görüşmək məqsədi ilə növbəti dəfə müraciət etsə də, buna icazə verilməyib. Y.İmanovun "Azadlıq"a veridyi məlumata görə, müstəntiq Hacı Əfəndiyevə orderi təqdim edib. Lakin qarşı tərəf M.Ədilovla görüşə icazə vermək üçün bir neçə şərt irəli sürüb. Şərtlərlə razılaşmayan vəkilə görüşə icazə verilməyib: “Müstəntiq dedi ki, vəkillər mətbuata informasiya verir. Ona görə də mətbuata hər hansı məlumat verməyəcəyinlə bağlı iltizama qol çəkməlisən. Bundan imtina etdim. Müstəntiqdən istintaq sirrinin nədən ibarət olduğunu soruşdum. Müstəntiq həmçinin dedi ki, müdafiə etdiyim şəxsin döyülməsi ilə bağlı mətbuata məlumat verməməliyəm. Bildirdim ki, bu, vəkillik etikasına ziddir. Bir də ki, hələ onunla görüşüb söhbət etməmiş, niyə döyülməsi barədə təəssürat yaradırsınız? Şərtləri rədd etdim, orderi götürüb çıxdım”.

***

“Azadlıq” qəzetinin və “Azərbaycan saatı” proqramının əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilovun vəkili Yalçın İmanovla görüşünə növbəti dəfə icazə verilməyib. N.Ədilovun verdiyi məlumata görə, bu gün səhər saat 9.30-da vəkil Yalçın İmanovla "Bantotdel"də olsalar da, vəkilin orderi növbəti dəfə qəbul edilməyib. Səbəb kimi müstəntiq Hacı Əfəndiyevin yerinde olmaması göstərilib: “Dünən bizə dedilər ki, görüş üçün səhər saatlarında gəlin. Digər tərəfdən əvvəlcə bizi qəbul edən şəxs əvvəl dedi ki, müstəntiq burdadır. Sonra isə dedilər ki iş yerində yoxdur. Hazırda görüşdən imtinanın əsas səbəbi saxlanılarkən qardaşıma verilən işgəncələrin izini itirməkdir və bu müddətdə ona iradəsi əleyhinə ifadə də almaq istəyirlər”.

N.Ədilovun sözlərinə görə, məsələ ilə bağlı 102, ombudsman və Baş Prokrorluğun qaynar xəttinə məlumat verilib. Eyni zamanda baş verənlərlə bağlı Qırmızı Xaç məlumatlandırılıb.

M.Ədilovun vəkili Yalçın İmanov isə qəzetimizə açıqlamasında bildirdi ki, artıq iki gündür ki, müdafiə hüququ kobud şəkildə pozulur. M.Ədilovun vəkili ilə görüşməsinə imkan yaradılmamasına isə heç bir qanuni əsas gətirilə bilmir.
936 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber