Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Mən bir şeyin səbəbini bilmək istəyirəm əgər zəhmət deyilsə yazın ki qızıl qabda yeyib içmək niyə olmaz?
Ad: Əbəlfəz aşiqi, Ölkə: Müctəhid: Ayətullah Xamenei

Cavab:
Bismillahir-rəhmanır-rəhim
İlahi qanunlar müxtəlif hikmət və fəlsəfələrə malikdir ki, heç bir anlar halda hikmətsiz qərar verməmişdir, baxmayaraq ki, biz bu hikmətləri kəşf etməkdə acizik. Amma bunu bilirik ki, həkim və ədalətli rəbbimiz heç vaxt hikmətsiz işi bəndələri üçün qərar verməz. Bunun üçün də Quran, rəvayət və ağılla elmin çərçivəsində olan hökmləri icra etməyə hazır olmalıyıq. Bundan əlavə demək olar bu hökümlərin əsas hikmətlərindən biri də, iqtisadın bərabər olması, cəmiyyətdə yüksək təbəqəylə aşağı təbəqənin bərabər olması, insanlar arasında psixoloji ruhiyyənin qorunmasıdır. Xüsusilədə aşağı səviyyədə gəliri olan insanları nəzərə almaqdır.
Bunlardan əlavə elm qızılın kişi üçün nə qədər zərərli olduğunu kəşf etmişdir. İlahi qanunlar müxtəlif hikmət və fəlsəfələrə malikdir ki, heç bir halda onlar hikmətsiz qərar verilməmişdir.
İslam göstərişlərinin həqiqi səbəbləri vardır ki, onun da əsl mənbəyi cism, ruh, iqtisad, cəmiyyət və başqalarıdır. İnsan əməllərinin dəyəri onun elmi və imanı ölçüsündədir. Bu da hökm və qanunların fəlsəfəsinin əldə olunması nəticəsində əldə edilir. Bunu bilək ki, bu qanunlar nə üçün insanların öhdəsinə qoyulmuş və bizləri hansı səmtə hidayət edir.
Amma şəriət hökümlərinin fəlsəfəsini əldə etmək üçün yeni elmin kəşf etməsinə kifayətlənmək olmaz; çünki birinci: İlahi qanunlar tamamıyla insanın ruh və cismi bağlantılarıyla bir araya gəlur.
İkinci: Qəbul etməliyik ki, bizim dünyadan dərk etdiklərimiz, xüsusiylədə ruh və cismin həqiqətləri bariz bəşər elmi olduqda zəifdir.
Allahın Rəsulu (s) buyurur: "Ey insanlar siz bir xəstə kimisiniz, aləmlərin Rəbbi isə sizin üçün bir hakim kimidir".
Məlumdur ki, əgər bir xəstə, müəyyən bir həkimin elminə və ixtisasına inanarsa onun yazdığı hər bir nüsxəni hər bir halda qəbul edəcəkdir, çünki həkimin verdiyi diaqnozu düzgün bilərək onun yazdığı nüsxəni də qəbul edəcəkdir. Doğrudur ki, əgər dərmanlar barəsində və onların nə üçün yazıldığının fəlsəfəsi üçün mütaliə edərsə daha yaxşı olar, amma bu fikirdə almalıdır ki, əgər onların fəlsəfəsini əldə edə bilmədim, deməli, onlara əməl etməməliyəm; çünki bunu qəbul etməliyik insan ağılı buna malik deyildir. İlahi qanunların bir- bir fəlsəfəsini kəşf etsin. Bunun üçün də biz Quran, rəvayət, ağıl və elm çərçivəsində hər bir hökmü əldə etdiksə onu icra etməliyik, baxmayaraq ki, onun fəlsəfəsini əldə etməyə qüdrətimiz çatmır.
Əlbəttə qızıl və gümüş qabların istifadəsinin haram olmasının açıq-aşkar bir əsəri odur ki, cəmiyyətdə iqtisadityyatın bərabərliyi, müxtəlif təbəqəli insanların yaşayış tərzini bir-birinə yaxınlaşdırmaqdır. Bu səbəb olur ki, fəqirlər aşağı dərəcəli insan olmadıqlarını hiss edirlər və bu vasitəylə cəmiyyətin psixoloji, iqtisadi, ruhi və ictimai əhəmiyyəti qorunub saxlanılır. Bundan əlavə də elmi tədqiqatların nəticəsində, kişinin qızıldan istifadəsinin nə qədər zərərli olduğunu kəşf etmişdir.
1026 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber