Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2014

Vladimir Putin Krıma səfər edib

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə birlikdə Krıma səfər edib.

İTAR-TASS-ın verdiyi məlumata görə, V. Putin yarımadaya ikigünlük səfərinə Sevastopol şəhərindən başlayıb.

Sevastopola səfər çərçivəsində Rusiya prezidenti bu gün Qara dəniz donanmasının qərargahında operativ müşavirə keçirəcək.

Bu, Krımın 2014-cü ili martında Rusiyaya birləşdirilməsindən sonra, Putinin yarımadaya ikinci səfəridir.

V. Putin avqustun 14-də Yaltaya da səfər edəcək, orada “Mriya” kurort kompleksinin tikintisi ilə tanış olacaq.

Rusiya prezidentinin Çexovun Ev Muzeyinə baş çəkəcəyi də gözlənilir.
1071 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:24