Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Avqust 2014

"Azərbaycan hakimiyyəti xalqın iradəsinə güvənmir"

“Burada dayanmaq məhbusluq anlamına gəlmir. Əsl məhbusluq odur ki, nəfsinin qurbanı olaraq, zülmün qarşısında əyilərək sınasan.”

AzadXeber.net-in verdiyi məlumata görə, bu sözləri məhbus həyatı yaşayan ilahiyyatçı alim Tale Bağırov bu günkü məhkəmə prosesində çıxış edərkən söyləyib.

İlahiyyatçı çıxışının davamında bunları söyləyib:“Əslində mənim durduğum yerdən insanlar dəmir barmaqlıqlar arxasında görünür. Ölkədə düzgünlük və ədalət bərpa olunmalıdır. Haqq-ədalət olmasa, heç nədən söhbət gedə bilməz. Elə mənim də burada olmağımın böyük səbəbi ədalətsizlikdir. Bu gün mən narkotik ilə şərlənərək həbs olunmuşam, Hamı bilir ki, mən şərlənmişəm. Bundan hətta prezidentin də xəbəri var.Məhkəmə onu günahkar bilsə də artıq xalqın gözündə bəraət qazandığını söyləyən ilahiyyatçı, “ümid edirəm ki, Allahın köməyi ilə Avropa Məhkəməsində bəraət qazanacağam. Ümumiyyətlə bu günki yalançı məhkəmələrə inanmıram, amma yenə də əgər gücünüz çatsa, prokurorun oxuduğu cəzanı nisbətən yüngülləşdirməyinizi istərdim”, - deyə bildirib.“Ölkəni cənginə alan haqsız həbsləri gördükcə düşünürəm ki, Azərbaycanda azad cəmiyyət yaranmadıqca nəyisə uğur qazanmaq olmayacaq. Ən əsası da Qarabağı geri alacağımızdan heç cür söhbət gedə bilməz. Görüntü yaratmaqla heç nə əldə edə bilməyəcəksiniz. Hakimiyyət torpaqları necə almaq istəyir ki, erməni ilə bizə heç bir fərq qoymur. Ümumiyyətlə Azərbaycan hakimiyyəti xalqın iradəsinə güvənmir.”
1346 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:41
Kadırov: “Heç vax