Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2013

20 ölkə vizasız daxil ola biləcək

20 ölkənin vətəndaşı Rusiyaya 3 gün müddətinə vizasız daxil ola biləcək

FaktXəbər-in verdiyi məlumata görə, "G-20" ölkələrinin vətəndaşları Rusiya Federasiyasının ərazisinə 3 gün müddətinə vizasız daxil ola biləcək. Bu barədə rəsmi Kreml yeni qanun layihəsi hazırlayır. Artıq hökumət tərəfindən dəstəklənən yeni qanun layihəsi 20 ölkədən olan tursitlərin 3 gün ərzində Rusiyada qalmasına rəsmi icazə verəcək.

Qeyd edək ki, tranzit vizasına malik və təyyarə ilə Rusiyaya gələn turistlər rahat şəkildə vizasız olaraq bu ölkədə qala biləcəklər. "Böyük İyirmilər"ə ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və daha 14 dövlət daxildir.
2089 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber