Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Avqust 2014

Azərbaycanda 2 aylıq uşaq oğurlanıb

Sumqayıt sakininin 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb

Azərbaycanda uşaq oğurluğu faktı qeydə alınıb.

Hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib.

Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Sumqayıt Şəhər Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, daxil olan məlumat əsasında ananın izahatı alınıb.

Hazırda uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir./apa/
2638 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 16:51