Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Avqust 2014

18 yaşlı hamilə qadın intihar edib

Ağcabədidə intihar hadisəsi baş verib.

Rayonun Minəxorlu kəndində yaşayan 1996-cı il təvəllüdlü Günay Nizami qızı Məmmədova özünü asaraq öldürüb. Sakinlərin sözlərinə əsasən qadın hamilə olub.

Ağcabədi rayon Prokurorluğundan bildiriblər ki, hadisə ötən gün saat 21:00 radələrində baş verib. Mərhumun meyiti həyətdəki tövlədə asılı aşkar olunub. İntiharın səbəbləri Ağcabədi rayon Prokurorluğunun araşdırmasından sonra məlum olacaq.

Qeyd edək ki, Günay Məmmədova 2013-cü ildə Ağcabədi sakini Elşad Fərzəliyevlə ailə qurub./ans/
989 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber