Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2013

“ABŞ-a ölüm!” şüarı səsləndirilib

İran parlamentində “ABŞ-a ölüm!” şüarı səsləndirilib

APA-nın İRNA-ya istinadən məlumatına görə, noyabrın 3-də İran parlamentinin sədr müavini Seyid Məhəmməd Həsən Əbuturabifərd ölkədə Ümumdünya İmperializmlə Mübarizə Günü kimi qeyd olunan 4 noyabrın mahiyyəti ilə bağlı çıxış edib. Vitse-spiker çıxışını tamamladıqdan sonra millət vəkilləri bir ağızdan “ABŞ-a ölüm!” şüarını səsləndiriblər.

Qeyd edək ki, 1979-cu il noyabrın 4-də isə ABŞ-ın İrandakı səfirliyi hücum nəticəsində tutulub və diplomatik korpusun əməkdaşları girov götürülüb. Bununla da İranla ABŞ arasında diplomatik əlaqələr tamamilə kəsilib. Həmin vaxtdan bəri hər il noyabrın 4-ü İranda Ümumdünya İmperializmlə Mübarizə Günü kimi qeyd olunur və ölkənin dörd bir tərəfində izdihamlı yürüşlər keçirilir.
2261 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı