Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2014

Diri-diri yanan insan göydə asılı vəziyyətdə tapılıb

Hadisə Qobustan qəsəbəsində baş verib

Avqustun 14-də Bakı şəhərinin Qaradağ rayonunda dəhşətli hadisə baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Qobustan qəsəbəsi yaxınlığında, Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin dəniz üzərindəki estakadalarından keçən yüksək gərginlikli elektrik naqilini kəsmək istəyən şəxs ölüb. Belə ki, naməlum şəxs estakadaya qalxaraq oğurluq məqsədi ilə yüksək gərginlikli elektrik naqillərini kəsmək istəyib. Bu zaman onu cərəyan vurub. Yüksək gərginlik nəticəsində bədəni tamamilə yanmış şəxs estakadadan asılı vəziyyətdə qalıb.

Faktla bağlı məlumat daxil olan kimi araşdırmalara başlanılıb. Məlumolub ki, ölən şəxs 1988-ci il təvəllüdlü Qarayev Daşqın Elşad oğludur. Onun meyiti ekspertizaya göndərilib./lentaz/
1106 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu