Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2014

Nuri əl-Maliki istefaya getməyə razılıq verdi

İraqın Baş naziri Nuri əl-Maliki istefaya getməyə razılıq verib.

BBC-nin verdiyi xəbərə görə, əvvəl əl-Maliki ölkə prezidentinin yeni baş nazir təyinatını rədd etsə də, nəticədə qərarla razılaşmalı olub.

Avqustun 11-də prezident Fuad Maasum Heydər əl-Abadini İraqın yeni Baş naziri təyin edərək ona hökuməti 30 gün ərzində formalaşdırmağı tapşırıb.

Qeyd edək ki, ABŞ, Avropa Birliyi, BMT, Ərəb Dövlətləri Liqası, İran, Səudiyyə Ərəbistanı və Türkiyə yeni baş nazir Heydər Abadinin təyinatını dəstəkləyiblər.
1155 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:15