Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2014

Tovuzun gərgin vaxtında icra başçısı harda olub?

“Şöhrət” ordeni alan Tofiq Zeynalov hətta erməni Karen Petrosyan yaxalananda belə işdə olmayıb

Tovuzun Əlibəyli, Ağdam və Ağbulaq kəndlərində gərginlik davam edir. Ermənistanın silahlı birləşmələrinin mütəmadi olaraq atəş altında saxladığı kəndlərdə Azərbaycan Ordusu düşmənə cavab versə də, əhali narahatdır. Və onların narahatlğı da normal qarşılanmalıdır. Çünki gülləbaran altında yaşamaq kimsəyə xoş gəlməz.

Amma rayonda yaranmış vəziyyət heç də bununla yekunlaşmır. Həm də rayonun icra başçısının yerində olmaması sıxıntısı var. Bu yaxınlarda “Şöhrət” ordeni alan Tovuzun icra başçısı Tofiq Zeynalov hazırda məzuniyyətdədir və onun səlahiyyətlərini müavini həyata keçirir. Ermənistanla həmsərhəd kəndlərdə vəziyyətin gərgin olduğu bir vaxtda iş yerində olmalı olan icra başçısının xarici ölkələrdən birində dincəldiyi deyilir.

Qeyd edək ki, hətta Tofiq Zeynalov Ağbulaqda yaxalanan erməni Karen Petrosyan olayı zamanı da özünə əziyyət verərək, məzuniyyətini yarımçıq qoyaraq geri dönməyib. Bundan başqa, Əlibəyli və Ağdamda durumun ən ağır vaxtında rayondakı olayları telefonla nəzarətində saxlayıb.

Bildirək ki, cəbhə xətti boyunca yerləşən rayonların rəhbərlərinin indiki vaxtda məzuniyyətdə olması qəti başadüşülən deyil. Onların iş yerlərində olması və hadisələrin önünü kəsmək üçün addımlar atmaları şərtdir. Amma Tovuzun icra başçısı üçün ermənilərin hücuma keçməsi və ya sərhəddi asanlıqla aşaraq kəndlilərdən çay istəməsi olayı vız gəlir./jam/
1177 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber