Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2014

Bakıda “Maydan əməliyyatı”

Payızda Avrasiya İttifaqına qoşulmaq var, son həbslər isə yeni hərəkatın önünü almaq məqsədi daşıyırmış

Azərbaycanda son dövrlər həyata keçirilən həbslərin davam edəcəyi istisna deyil. Çünki hakimiyyət dairələri yaxın vaxtlar üçün proqnozlaşdırılan bəzi proseslərin qarşısını almağın tək yolu kimi, repressiyanı görməkdədir.

İqtidar üçün ən riskli dönəm bu ilin payızı sayılır. Və bunun konkret olaraq nədən ibarət olduğu barədə bilgisi olanlar isə həddindən artıq məhduddur. Məlumatlı olanlar isə ya danışmır, ya da belə bir imkanları yoxdur. Amma gedişat onu deməyə əsas verir ki, qarşıdakı payızda durum heç kimin gözləmədiyi halda dəyişə bilər.

Belə ki, hakimiyyətin son repressiyaları məhz payızda gözlənilən prosesin önünü almaq məqsədi daşıyır. Bəs, nə baş verə bilər və bu əndişə nədən qaynaqlanır?

Qeyd edək ki, hazırkı məqamda ölkənin müxalifəti elə böyük güc sahibi olmadığından onun hansısa proses yarada biləcəyi inandırıcı görünmür. Parlamentdə təmsil olunmayan, cəmiyyət tərəfindən birmənalı qarşılanmayan, habelə mövcud resursları kütləvi hərəkat yaratmağa imkan verməyən müxalifətdən heç kim heç nə gözləmir. Amma bu indiki məqam üçündür, gələcəkdə hər şeyin mümkün olacağı şübhəsizdir.

Payızda gözlənilən və hakimiyyəti daha çox qorxu içində saxlayan amil Azərbaycanın Avrasiya İttifaqına qoşulacağıdır. Bunun sentyabrda reallaşacağına dair gələn xəbərlərdə deyilir ki, rəsmi Bakı Soçidə məsələnin əksər detallarını razılaşdırıb. Kiçik prosedurlar və istəklər qalıb ki, bu ilin payızında o da yoluna qoyulacaq.

Azərbaycanın Avrasiya İttifaqına qoşulması Qərbin heç də ürəyincə olmayan məsələdir. Və hətta rəsmi Bakının bir neçə dəfə bununla bağlı xəbərdarlıq edildiyi deyilir. Vurğulanır ki, Qərbin siyasi dairələri Rusiya ilə yaxınlaşmanın indiki hakimiyyətə ciddi zərbə vuracağına da işarə edib. Amma Moskvanın təzyiqləri qarşısında duruş gətirmənin də asan olmadığı qeyd edilir.

ABŞ əsfiri Riçard Morninqstarın son müsahibələrindən birində “Azərbaycanı da Maydan hərəkatı gözləyə bilər” ifadəsi isə hakimiyyəti ciddi şəkildə təlaşa salıb. Qısa hazırlıqdan sonra təcili hərəkətə keçən iqtidar ölkədə hadisəni yarada bilən, ona rəhbərlik edə biləcək, onu maliyyə ilə təmin edəcək, habelə onun yerlərdə təşkilatlanmasına yardımçı olacaq şəxsləri bir-bir sıradan çıxarmaqdadır. Ələlxüsus, hərəkatı maliyyə ilə təmin edə biləcək “təhlükəli fiqur”ları önə salıb. Məsələn, Leyla Yunus, İntiqam Əliyev və digərləri./jam/
1006 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi