Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2014

Boeing 777-də ölənlərin 127-in şəxsiyyəti müəyyənləşdirilib

Niderlandın Hilversum şəhəri yaxınlığında yerləşən hərbi bazada Ukraynada vurulan təyyarədə ölənlərin 127-in şəxsiyyəti müəyyənləşdirilib.

İTAR-TASS-ın verdiyi xəbərə görə, bu prosesə 200-dən çox beynəlxalq mütəxəssis cəlb olunub.

Ölənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üzrə işlərin bir neçə ay davam edəcəyi bildirilir.

Xatırladaq ki, iyulun 17-də "Malaysia Airlines” şirkətinin Amsterdam- Kuala-Lumpur marşrutu ilə uçan "Boeing 777" təyyarəsi Ukraynanın Donetsk vilayəti üzərində vurulub. Hadisə zamanı 15 nəfəri ekipaj üzvü olmaqla, 298 nəfər dünyasını dəyişib. Təyyarənin rusiyameyilli separatçılar tərəfindən Donetsk vilayətindən vurulduğu ehtimal edilir.
1088 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber