Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2013

"Təkfirçilər Cəhənnəm itləri və..."

Bu təkfirçi qrupların üzvləri terorçu əməllərinə davam etməkdədirlər

İslamazeri.az-ın “əl-Aləm”-ə istinadən verdiyi məlumata əsasən, Səudiyyər Ərəbistanının hakimlər şurasının və eyni zamanda “insan haqqları” təşkilatının üzvlərindən olan Əbdul-Əziz öz şəxsi sosial səhifəsində təkfirçi qrupları Cəhənnəmin itləri adlandırıb.

O sözlərində bildirib: “Bu təkfirçi qrupların üzvləri terorçu əməllərinə davam etməkdədirlər. Düşmən bu qrupun işlərindən sevinclidirlər və ölkənin sabitliyini pozmaq üçün bundan istifadə edirlər. Onları bizim dinimizlə mübarizəyə qalxaraq ölkə daxili işlərimizə müdaxilə edirlər.”

Əbdul-Əziz əl-Fouzan alimlərdən bu qrupların qarşısını almaq üçün iş görmələrini istəyərək “Onlar bir qrup cahil insanlardır ki, bu gün islam dini ilə oyuncaq kimi oynayırlar. Bu zülmlərə qarşı nə vaxta qərər susmalıyıq? Ölkədə sabitliyi pozan, cavanlarımızı aldadaraq yaxşı iş gördüklərini zənn edən bu qrup qarşısında nə zamana qədər susmalıyıq? Onlar Cəhənnəm itləri və şərr və fəsadın başlanqıc nöqtələridirlər.”-deyə bildirib.
2447 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı