Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2014

İran “Reuters” informasiya agentliyinə etirazını bildirib

İran “Reuters” informasiya agentliyinə etirazını bildirib.

“Mehrnews”un verdiyi xəbərə görə, bu barədə İranın Xarici İşlər Nazirliyindəki adının açıqlanmasını istəməyən mənbə bildirib.

Mənbənin sözlərinə əsasən, sözügedən agentliyin İraqın yeni baş naziri Heydər əl-Abadinin təyinatı ilə bağlı, guya, İranla ABŞ arasında anlaşmanın olması barədə yaydığı xəbər həqiqətə uyğun deyil: “"Reuters"in yaydığı bu xəbər tamamilə yanlışdır; Heydər əl-Abadinin təyinatı ilə bağlı İranla ABŞ arasında heç bir danışıqdan söhbət gedə bilməz. Bu, “Reuters” agentliyinin İran haqqında yaydığı ilk dezinformasiya deyil. İran İslam Respublikası ölkənin qanunları çərçivəsində təyin edilən və seçilən bütün İraq rəsmilərini dəstəklədiyini və İraqın daxili işlərinə hər hansı xarici müdaxiləni qətiyyətlə pislədiyini dəfələrlə bəyan edib."/SalamNews/
1236 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber