Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2014

"Xalqın tələbləri yerinə yetirilməyənədək İsraillə sülh müqaviləsi imzalanmayacaq"

HƏMAS Fələstin xalqının tələblərinin yerinə yetirilməyəcəyi müddətə qədər İsraillə sülh razılaşması imzalamayacaq.

“Əl-Cəzirə”nin verdiyi xəbərə görə, bunu barədə Qahirədə keçirilən sülh danışıqlarında iştirak edən Fələstin nümayəndə heyətinin üzvü Xəlil əl-Haya bildirib.

“Biz sülh razılaşmasının əldə olunmasını istəyirik. Lakin xalqımızın tələbləri təmin edilməlidir. Bu, vaciblikdən doğan müharibədir, seçim deyil. Bizim seçimimiz yox idi, biz özümüzü müdafiə etməli idik”, - deyə o qeyd edib.

Xəlil əl- Haya İsrail tərəfini “süründürməçiliyi yaxşı bilən tərəf” kimi xarakterizə edib. Fələstin təmsilçisi sülh danışıqlarının bazar günü Qahirədə davam etdiriləcəyini də açıqlayıb.

Xatırladaq ki, HƏMAS və İsrail arasında daha beş gün müddətinə atəşkəs razılaşması əldə olunub.
951 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu