Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2013

"ASO"nun komandanı ordu ilə döyüşməkdən imtina etdi

"Azad Suriya Ordusu" adlı silahlı qruplaşmanın Hələbdəki Hərbi Şurasının komandanı polkovnik Əbdülcəbbar Əqidi tutduğu postdan istefa verib. Qruplaşma lideri olan polkovnik istefasını beynəlxalq ictimaiyyətin Suriya böhranına mövqeyi və müxalifəti təmsil edən şəxslərin xaricdəki fəaliyyətsizliyi ilə əlaqələndirib. Polkovnik Əbdülcəbbar Əqidi mövzu ilə bağlı bildirib ki, istefasına səbəb olan amillərdən biri də əs-Sufəyrə bölgəsinin ordu qüvvələrinin nəzarətinə keçməsidir.

Qeyd edək ki, suriyalı müxaliflərin xarici ölkələrlə əlaqəsi kəsildiyindən ordu qüvvələri silahlıları qrup şəklində zərərsizləşdirir. Müxalifətin məğlub duruma düşdüyünü görən keçmiş hərbçilər isə bir-birinin ardınca Suriyanı tərk etməyə başlayıb./Faktxəbər/
1923 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP