Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2014

Ukrayna Putinin “KamAZ”larını qəbul etməyə başladı

Ukrayna Rusiyanın 280 maşından ibarət humanitar yardım karvanının gömrük yoxlamasına və rəsmiləşdirilməsinə başlayıb.

Bu barədə Antiterror Qərargahı sosial şəbəkələr üzərindən məlumat yayıb. Ukrayna tərəfdən yüklərin yoxlanılmasında 59 mütəxəssis iştirak edir.

Məlumata görə, yerli vaxtla saat 10-dan başlayaraq Rusiya sərhədindəki “Donetsk” sərhəd-keçid məntəqəsində yüklərin gömrük prosedurundan keçirilməsi və qəbul edilməsi prosesi başlayıb. Yüklərin qəbul olunandan sonra Luqansk şəhərinə yola salınacağı gözlənilir.

Xatırladaq ki, Rusiyadan ağ rəngə boyanmış “KamAZ” avtombilləri ilə göndərilmiş humanitar yardım karvanı ətrafında üç gündür müəmmalı vəziyyət davam edirdi.
1279 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
Go to TOP