Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2014

Yanaraq göydə asılı qalanla bağlı maraqlı faktlar üzə çıxıb

Bakıda oğurluq edərkən elektrik cərəyanı vuraraq ölən şəxslə bağlı maraqlı faktlar məlum olub.

Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsindən verilən məlumata görə, faciəli şəkildə dünyasını dəyişən, 1988-ci il təvəllüdlü Qarayev Daşqın Elşən oğlu itkin düşmüş şəxs kimi polisdə qeydiyyatda olub. Avqustun 13-də onun itkin düşməsi barədə qardaşı Elvin Qarayev polisə ərizə ilə müraciət edib.

Daxil olan məlumat əsasında həyata keçirilən tədbirlər nəticəsində müəyyən edilib ki, D. Qarayev 11 avqust tarixində Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 2-ci mədəninin 111 saylı meydançasında oğurluq etmək məqsədilə yüksək gərginlikli elektrik xətlərini kəsərkən cərəyan vurması nəticəsində ölüb və estakadadan asılı vəziyyətdə qalıb.

Su Nəqliyyatında Polis İdarəsi əməkdaşları tərəfindən onun yeri müəyyən edilib və hava şəraitinin qeyri-sabit olmasına baxmayaraq meyit estakadadan çıxarılıb.

Polisdən həmçinin bildirilib ki, mərhum D. Qarayev 2 ay əvvəl də oğurluq törətdiyinə görə Su Nəqliyyatında Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanıb./apa/
1107 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16,