Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2013

Təqsirləndirilən şəxs Polis Bölməsindən qaçıb

Azərbaycanda təqsirləndirilən şəxs Polis Bölməsindən qaçıb

Bakıda təqsirləndirilən şəxs Polis Bölməsindən qaçıb.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 185.2.1-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə axtarışda olan Fariz Fərahil oğlu Rzayev noyabrın 3-də Lənkəranda tutularaq Bakıya gətirilib.

Təqsirləndirilən şəxs noyabrın 3-dən 4-ə keçən gecə saxlandığı Polis Bölməsindən qaçıb.

Hazırda F. Rzayevin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
1970 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat