Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Avqust 2014

İŞİD Ağ Evin həyətinəcən gəldi - Foto

İŞİD üzvləri Ağ Ev nümayəndələrini qorxuya salmağı bacarıb.

İslam Dövləti (İŞİD) terror qruplaşması Ağ Evin önündə çəkilən şəkillə ABŞ-a meydan oxuyub.

İŞİD terror qruplaşması İraqda ABŞ ordusunun hava hücumlarına məruz qadığı bir vaxtda, Ağ Ev rəsmilərini qorxutmaq üçün sosial şəbəkədə çəkdikləri fotoşəkli paylaşıblar. Belə ki, İŞİD üzvlərindən biri Ağ Evin qarşısındakı Pensilvaniya prospektində dayanaraq, arxa fonda Ağ Ev olmaqla İŞİD bayrağının şəklini çəkib və “Twitter” hesabında paylaşıb. 

Fotoşəkildə ABŞ-a ismarış olaraq bu sözləri yazıb:

“İŞİD-dən ABŞ-a mesaj:

Biz sizin ştatdayıq,
biz sizin şəhərdəyik,
biz sizin küçələrdəyik.
Bizim hər yerdə hədəflərimiz var.”

Qeyd edək ki, sözügedən şəkilin sosial şəbəkədə yayılmasından sonra Ağ Ev nümayəndələri təşvişə düşüblər. Bu səbəbdən də şəhərdə ciddi təhlükəsizlik tədbirləri görülməsi barədə xüsusi tapşırıqlar verilib./ans/

1200 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16,