Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2013

Bakı bulvarı su altında qala bilər

Proqnozlaşdırılır ki, 2020-ci ildən sonra Xəzər dənizinin səviyyəsi 1-2 metr artacaq.

“Exo”-nun yazdığına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən Ramiz Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda Xəzərin səviyyəsində ciddi dəyişmələr müşahidə olunmur.

“Xəzər dənizinin səviyyəsi azalır. Belə ki, dənizin səviyyəsi son vaxtlarda 15-20 santimetr aşağı düşüb. Mütəxəssislər bunu sabitləşmə dövrü adlandırırlar, çünki dəniz səviyyəsinin 15-20 və hətta 30 santimetr azalması heç bir iqtisadi, yaxud da sosial zərər vurmur”, – deyə alim bildirib.

R.Məmmədov həmçinin gələcəkdə Xəzərin səviyyəsi ilə bağlı proqnoz da verib: “Ehtimal var ki, 2020-ci ildən sonra dənizin səviyyəsi 1-2 metr artacaq. Lakin bütün bunlar 100%-lik proqnoz deyil” (Trend).

Oxu.az qeyd edir ki, Xəzərin səviyyəsində 1-2 metrlik artım hazırkı Bakı bulvarının su altında qalması deməkdir. Onu da xatırladaq ki, bir vaxtlar hazırda dənizdən 100 metr aralıda yerləşən Qız qalası əvvəllər Xəzərin sahilində imiş, yəni, o vaxtlar dəniz suyunun səviyyəsi çox yüksək olub və sonradan geri çəkilib.
1753 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP